Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda avtomobil yolları üçün yük normaları artırılıb

Azərbaycanda avtomobil yolları üçün yük normaları artırılıb
Sakura

Azərbaycanda avtomobil yolları üçün yük normaları artırılıb

Azərbaycanda avtomobil yolları üçün hesabi yük norması artırılıb. Nazirlər Kabineti bununla bağlı 

“Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

İndiyə qədər avtomobil yolları layihələndirilərkən hesabi yük (iki oxlu avtomobilin ən çoxu yüklənmiş tək oxuna düşən yük) I—IV dərəcəli yollarda — 100 (10 t) kN, V dərəcəli yollarda — 60 (6 t) kN qəbul edilib.

IV dərəcəli yollar üzrə oxuna düşən yükü 60 kN (6 t)-dan böyük olan avtonəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmadıqda, həmin yollar 60 (6 t) kN hesabi yükə layihələndirilib.

Dəyişikliyə əsasən, artıq hesabi yük yol dərəcələrinə görə deyil, yol geiymlərinə görə hesablanacaq. Eyni zamanda hesabi yük normaları da artırılıb. Başqa sözlə, bundan sonra avtomobil yolları layihələndirilərkən hesabi yük (ikioxlu avtomobillərin ən çox yüklənmiş tək oxuna düşən yük) əsaslı tip yol geyimləri üçün115 kN (11,5 t), yüngülləşdirilmiş və keçid tipli yol geyimləri üçün 100 kN (10 t) qəbul ediləcək. Beynəlxalq daşımaları həyata keçirən ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üzrə nəzərdə tutulan yollar (marşrutlar) üçün isə hesabi yük 130 kN (13 t) qəbul ediləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR