Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ata qızını imtahana görə öldürməklə hədələyib - TƏFƏRRÜAT

Azərbaycanda ata qızını imtahana görə öldürməklə hədələyib - TƏFƏRRÜAT
Sakura

Azərbaycanda ata qızını imtahana görə öldürməklə hədələyib - TƏFƏRRÜAT

Dünən imtahan başlayandan arıq, zəif qız dayanmadan ağlayırdı. Hətta həkim çağırıb sakitləşdirici verməli olduq. Bir az sakitləşəndən sonra onu danışdırmağa başladım. Məlum oldu ki, imtahana gələrkən atası ona "az bal toplasan, səni öldürəcəyəm" deyib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,  bu barədə imtahan rəhbəri Elyar İslamoğlu bildirib. Onun sözlərinə görə, yeniyetmə qız atasının qorxusundan imtahanı bitirəndən sonra da binadan çıxmayaraq onların yanında oturub:


"Atam onsuz da məni öldürəcək, imtahan balları çıxana kimi in tihar edəcəyəm" dedi. Bir saatdan çox onunla danışmışam. İmtahanın ikinci mərhələsinin olacağını, bu dəfə az bal toplasa, ikinci mərhələdə bal toplaya biləcəyini, bu il olmasa, gələn il imtahana yenidən girə biləcəyini demişəm. Binadakı hər kəs qıza dəstək olmağa çalışdı. Orada olan polisə hadisəni danışdım, qızı onunla birlikdə valideynlərinin yanına göndərdim və baş verənləri anlatmasını, qıza təzyiq göstərməmələrini tapşırdım".

E.İslamoğlu övladı ali məktəblərə qəbul imtahanı verən valideynlərə səslənib:

"İmtahandan öncə və sonra övladınıza mənəvi dəstək olun. Onları imtahan qabağı təhdid etməyin, hədələməyin. Qorxutduğunuz, təhdid etdiyiniz övladlarınızın imtahan zamanı da psixologiyası yerində olmur, bildiklərini də unudurlar. Unutmayın ki, özünə qəsd bir göz qırpımında baş verir və ömür boyu övlad həsrətilə əzab çəkə bilərsiniz.

Hər kəs ali təhsil almağa məcbur deyil. Günümüzdə hər hansı bir peşəni (maşın, kondisioner, mebel, telefon, ev ustaları və b.) mükəmməl öyrənən şəxslər ali təhsilli, diplomlu şəxslərdən daha çox pul qazanır.

Bu ölkədə üç-dörd diplomlu alim, elmi işçi olub cüzi maaşla əziyyət çəkməkdənsə, yaxşı bir kondisioner, maşın, telefon ustası olmaq daha yaxşıdır", - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR