Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda aqrar sığorta sistemi üçün idarəedici qurumun yaradılmasına başlanılıb

Azərbaycanda aqrar sığorta sistemi üçün idarəedici qurumun yaradılmasına başlanılıb
Sakura

Azərbaycanda aqrar sığorta sistemi üçün idarəedici qurumun yaradılmasına başlanılıb

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb. 

Ens.az xəbər verir ki, bu barədə "Report"a sığorta bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, söhbət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu əməkdaşlıq edəcək ASC-dən gedir.

"Qanuna görə, Fond sığorta haqlarının yığılmasına ilə məşğul ola bilməz, bunun üçün ayrıca idarəedici qurum olmalıdır və hazırda həmin kommersiya qurumu ölkənin qeyri-həyat sığorta şirkətlərinin iştirakı ilə yaradılmaqdadır", - o qeyd edib.

Mənbənin sözlərinə görə, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub: "18 qeyri-həyat sığortası şirkətinin hamısına yeni qurumdan pay almaq təklif olunub. Onlardan artıq 4-ü - "A-Qrup Sığorta", "Amrah Sığorta", "Rəvan Sığorta" və "Standard Insurance" Sığorta Şirkəti idarəedici qurumun nizamnamə kapitalına investisiya qoymaqdan imtina edib. Qalan 14 sığorta şirkəti isə hələ ki, mövqeyini bildirməyib, amma yəgin ki, onların da arasında bu layihəyə "yox" deyənlər olacaq. Ümumiyyətlə isə, bu bir qədər vaxt aparan prosesdir. Çünki, əvvəlcə sığorta şirkətləri səhmdarlarının ümumi yığıncağını çağırıb ayrı-ayrılıqda buna qərar verməlidirlər. Daha sonra bu məsələ Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmalıdır. Çünki prudensial normalar var. Bu mərhələ də keçildikdən sonra idarəedici qurumun yaradılması üçün təsis müqaviləsi imzalanmalıdır". 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR