Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda alternativ enerji mənbəyi varmış: Ölkə zülmətə bürünəndə orada işıq yanırdı

Azərbaycanda alternativ enerji mənbəyi varmış: Ölkə zülmətə bürünəndə orada işıq yanırdı
Sakura

Azərbaycanda alternativ enerji mənbəyi varmış: Ölkə zülmətə bürünəndə orada işıq yanırdı

Sahibkar obyektin yaşayış yerlərindən uzaqda yerləşməsi səbəbindən elektrik enerjisi çəkməyin mümkün olmadığını, nəticədə alternativ enerji mənbəyinə üz tutmaq məcburiyətində qaldığını deyir

Tovuz rayonunun əsrarəngiz təbiətə malik Əsirik dərəsində yerləşən istirahət mərkəzlərindən birinin sahibi maraqlı yenilik edib. O, sahibi olduğu obyekti alternativ enerji mənbəyindən istifadə edərək işıqlandırır və elektrik enerjisinə olan tələbatını öz yaratdığı qurğu vasitəsilə ödəyir.

Bunun üçün o, ərazinin təbii şəraitindən istifadə edərək axar su ilə xüsusi hazırladığı çarxı hərəkətə gətirir. Çarx öz növbəsində kardan vasitəsilə birləşən reduktoru fırladır, reduktorsa dövrlər sayını artıraraq generatoru işə salır. Nəticədə sahibkar 2.7-3 kVt elektrik enerjisi əldə edir.

Qurğunu hazırlayan Vuqar Sadıqov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, obyektin yaşayış yerlərindən uzaqda yerləşməsi səbəbindən elektrik enerjisi çəkməyin mümkün olmadığını, nəticədə alternativ enerji mənbəyinə üz tutmaq məcburiyətində qaldığını deyir.

"Burada işə başlayandan bəri daim obyekti necə elektrik enerjisi ilə təmin etmək haqda fikirləşmişəm. Naqillərlə elektrik xətti çəkməyin mümkünsüzlüyünü gördükdən sonra artıq alternativ enerji barədə düşünməyə başladım. Bunun üçün internetdə də axtarış apardım. Orada gördüklərimi ərazimizə uyğunlaşdıraraq bu qurğunu yaratdım" — ixtiraçı danışır.

Sahibkar hazırladığı su çarxını "Belarus" traktorunun diskindən, onu generatorla əlaqələndirmək üçün isə "Zil" avtomobilinin bəzi hissələrindən və dəmir lövhələrdən istifadə etdiyini, ümumlikdə 4500-5000 manat vəsait xərclədiyini bildirir: "İlk dəfədən istədiyimiz effekti ala bilmədik. Buna görə bir neçə dəfə yenilədik. Çətinliyinə baxmayaraq istəyimizə nail olduq".

"Bu yaxınlarda bütün ölkə zülmətə qərq olanda bizdə elektrik enerjisi var idi. Hazırda aldığım enerji ilə 2 soyuducu, 20-dək qənaətli elektrik lampası yandıra bilirəm. Həm ərzaqlarımız xarab olmur, həm də müştərilərimiz narazı qalmır"- deyir Vuqar Sadıqov.

Sahibkar qurğuya marağın böyük olduğunu, istirahətə gələnlərin onun ətrafında şəkil çəkdirməyi sevdiklərini, eyni zamanda digər obyekt sahiblərinin də belə qurğu hazırlamaq üçün onlara çox müraciət etdiklərini bildirib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR