Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ
Sakura

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ

“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.

Ens.Az-ın məlumatına əsasən,bunu “Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR