Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur.
Məlumat bazası əsasında əkinəyararlı sahələrin elektron xəritələşdirilməsi, geniş miqyasda region üçün xas olan əkin növünün planlaşdırılması təmin olunacaq. Nəticədə içməli su və suvarma suyu üzrə idarəetmə sistemi müasirləşdiriləcək, suvarılan və suvarılması mümkün əkin sahələrinin suya tələbatı tam ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət