Dərc edildi: Baxış sayı: 552
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı
Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına çox ağır vəziyyətdə daxil olan 90 yaşlı xəstə Əfqan Əsgərov koronavirusdan sağalaraq evə buraxılıb.
Ens.az Unikal.org-a istinadən xəbər verir ki,90 yaşlı Əfqan Əsgərov vəziyyətinin pis olduğunu görərək xəstəxanaya müraciət edib. Həmin zaman məlum olub ki, o, COVID-19 virusuna yoluxub.
16 gün ərzində müalicə alan yaşlı kişi artıq özünü yaxşı hiss etdiyini deyir.
Əfqan Əsgərovu müalicə edən və Rusiyadan dəvət olunan həkim Alim Hüseynov isə xəstənin qəbulu zamanı onun vəziyyətinin orta-ağır olduğunu deyib. Müalicələrdən sonra isə onun tam sağaldığını bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət