Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 8 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycanda 8 sığorta agentinin lisenziyası ləğv edilib
Sakura

Azərbaycanda 8 sığorta agentinin lisenziyası ləğv edilib

 Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə lisenziya verilib, fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb və fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyası məcburi qaydada ləğv edilib.

Palatadan “Report”a verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

İdarə Heyətinin eyni qərarı ilə 2018-ci ilin 3-cü rübü üzrə maliyyə bazarlarına nəzarət orqanına müəyyən olunmuş formada hesabatın təqdim edilməməsi ilə bağlı qanunun 106.1.10-cu maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb.

Fəaliyyətləri barədə rüblük hesabatları təqdim etməyən və bu səbəbdən lisenziyalarının qüvvəsi dayandırılmış şəxslər tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar qanunun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyası İdarə Heyətinin qərarı ilə ləğv edilib.

Əzizov Bayram Əli-Əkpər oğlunun fəaliyyəti dövründə əldə etdiyi sığorta sirri hesab edilən məlumatların digər şəxslərə açıqlaması ilə əlaqədar qanunun 107.1.7-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Əzizov Bayram Əli-Əkpər oğluna sığorta agenti fəaliyyətinə verilmiş 12 mart 2013-cü il tarixli 000894 nömrəli lisenziya İdarə Heyətinin qərarı ilə ləğv edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR