Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda 500 əlil biznes quracaq

Azərbaycanda 500 əlil biznes quracaq
Sakura

Azərbaycanda 500 əlil biznes quracaq

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icrasına başladığı “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 nəfər əlilliyi olan şəxsin biznes qurmasına dəstək verəcək.

Nazirliyin məlumatına əsasən, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi Vesna Dzuteska Bişeva və qurumun Azərbaycan Ofisinin müşaviri Leyla Fathi ilə nazirlikdə keçirilən görüşdə layihənin icra vəziyyəti və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, layihənin icrası üçün pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi üçün artıq elanlar dərc edilib.

Həmçinin əlilliyi olan şəxslərin daha operativ məlumatlandırılması üçün onlara sms şəklində bildirişlərin göndərilməsi məqsədəmüvafiq hesab olunub.

Eyni zamanda, layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyasının effektiv şəkildə həyata keçirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə layihəyə müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin dəvət edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR