Azərbaycanda 4DX formatı ilk dəfə “CinemaPlus” kinoteatrında
Aşağıdakı linklərə istinadən, iyunun 18-də Barselonada “CineEurope” Avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı “CJ 4DPLEX” (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusdan sonra dördüncüdür.
“CJ 4DPLEX” baş ofisi Seulda olmaqla yanaşı, Los-Anceles və Pekində ofisləri olan gələcək nəsil aparıcı texnologiyadır.
“CJ 4DPLEX”in baş direktoru Yonq Ryul Kim: Biz 4DX-in Azərbaycanda işə düşməsinə dair “CinemaPlus” ilə müqavilə imzaladığımıza görə çox şadıq. Biz kino strukturun inqilabi dəyişikliklər olunması üzərində bu cür yaxşı partnyor ilə işlər aparmaqdan çox xoşbəxtik və ümid edirik ki, yaxın illərdə onlar ilə uzunmüddətli əməkdaşlıq quracayıq.
“CinemaPlus”un baş direktoru Cəfər Axundzadə: “Bizim əsas məqsədimiz və arzumuz - xoşbəxtlik, istirahət və insanların sevincidir. Ümid edirik ki, dostların dəstəyi və əməkdaşlığın möhkəmlənməsi ilə biz hər növbəti günü rəngarəng edə biləcəyik! Ümumiyyətlə, başqa ölkələrdə olduğu kimi, yerli auditoriyamız innovasiyaları, texnoloji təkminləşmələri və yeni növ əyləncələri böyük şövq ilə qarşılayır. Bizim sorğumuz onu göstərdi ki, 4DX-in işə düşəcəyi təqdirdə tamaşaçılar kinoteatra böyük həvəslə gələcək və istirahətdən parlaq xatirələr əldə edəcəklər.
Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. “4DX”in işə düşməsi bu sahəyə marağı artıracaq və müvafiq olaraq gəlirlərin artmasına gətirib çıxaracaq”.
“Dəniz Mall” Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşir. Ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir. Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub. “CinemaPlus” kinoteatrı 11 zaldan və 1165 oturacaq yerindən ibarətdir.
“4DX” innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslodan titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində “4DX”, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.
Hər bir “4DX” zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud və yerli film 4DX formatında nümayiş olunub. Bu günə qədər dünyanın 65 ölkəsində 649 zalında 75 000 4DX var.
“CinemaPlus” 7 şəhərdə - Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Masallı və Mingəçevirdə fəaliyyət göstərən 13 kinoteatrdan, 60 ekrandan və 5762 oturacaq yerindən ibarət Azərbaycanda ən böyük kinoteatr şəbəkəsidir. “CinemaPlus” Azərbaycanda “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində tərcümə olunmuş bədii və animasiya filmlərinin dublyajına investisiya edən yeganə kinoteatr şəbəkəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət