Dərc edildi: Baxış sayı: 470
Azərbaycanda 4 ayda neft hasilatı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Ens.az xəbər verir ki, Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub.
Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət