Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub
Sakura

Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

 Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub.

Report” xəbər verir ki, bunu Prezidenti İlham Əliyev noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında deyib.

"Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir. Ağdamın qədim xalçaçılıq məktəbi var. Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar", - deyə dövlət başçısı bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR