Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda 3 beynəlxalq proqram üzrə təhsil alanlar ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək

Azərbaycanda 3 beynəlxalq proqram üzrə təhsil alanlar ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək
Sakura

Azərbaycanda 3 beynəlxalq proqram üzrə təhsil alanlar ali məktəblərə müsabiqədənkənar qəbul ediləcək

Nazirlər Kabineti “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ni açıqlayıb.

ONA-nın məlumatına görə, qərara əsasən, abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə aparılır:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir.

Sıra

№-si

İxtisaslar

Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri

Beynəlxalq Bakalavriat Diplom Proqramı

 

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)

 

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)

1.

Beynəlxalq münasibətlər

28-35

C və ya B

3 və ya 4

2.

Biologiya

26-30

C və ya B

3 və ya 4

3.

Biotibbi texnologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

4.

Biznesin idarə edilməsi

26-30

C və ya B

3 və ya 4

5.

Cihazqayırma mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

6.

Dövlət və bələdiyyə idarəetməsi

28-30

C və ya B

3 və ya 4

7.

Dövlət və ictimai münasibətlər

28-35

C və ya B

3 və ya 4

8.

Dünya iqtisadiyyatı

26-30

C və ya B

3 və ya 4

9.

Ekologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

10.

Elektroenergetika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

11.

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

12.

Fizika

26-30

C və ya B

3 və ya 4

13.

Geofizika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

14.

İnformasiya texnologiyaları

26-30

C və ya B

3 və ya 4

15.

İnşaat mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

16.

İqtisadiyyat

28-35

C və ya B

3 və ya 4

17.

Jurnalistika

26-30

C və ya B

3 və ya 4

18.

Kimya

26-30

C və ya B

3 və ya 4

19.

Kimya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

20.

Kompüter elmləri

26-35

C və ya B

3 və ya 4

21.

Kompüter mühəndisliyi

26-35

C və ya B

3 və ya 4

22.

Maliyyə

26-30

C və ya B

3 və ya 4

23.

Marketinq

26-30

C və ya B

3 və ya 4

24.

Menecment

26-30

C və ya B

3 və ya 4

25.

Metrologiya, standartlaşdırma və
sertifikasiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

26.

Mexanika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

27.

Mexatronika və robototexnika
mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

28.

Mühasibat uçotu və audit

26-30

C və ya B

3 və ya 4

29.

Neft-qaz mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

30.

Politologiya

26-30

C və ya B

3 və ya 4

31.

Proseslərin avtomatlaşdırılması
mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

32.

Psixologiya

26-30

C və ya B

3 və ya 4

33.

Riyaziyyat

26-30

C və ya B

3 və ya 4

34.

Sənaye mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

35.

Sənayenin təşkili və idarə olunması

26-30

C və ya B

3 və ya 4

36.

Sistem mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

37.

Sosiologiya

26-30

C və ya B

3 və ya 4

38.

Turizm və otelçilik

25-28

C və ya B

3 və ya 4

39.

Aqronomluq

25-28

C və ya B

3 və ya 4

40.

Hüquqşünaslıq

30-34

C və ya B

3 və ya 4

41.

Memarlıq

25-28

C və ya B

3 və ya 4

Həmin 3 beynəlxalq təhsil proqramı üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınmaqla həyata keçirilir. “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR