Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda 3 ayda 4909 nəfəri heyvan dişləyib

Azərbaycanda 3 ayda 4909 nəfəri heyvan dişləyib
Sakura

Azərbaycanda 3 ayda 4909 nəfəri heyvan dişləyib

2019 -cu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfəri heyvan dişləyib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin (2018) müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.
Məlumata əsasən, insanlara zərər 90% itlər tərəfindən yetirilib. Heyvanlar tərəfindən insanlara yetirilmiş zərərin əsasən 40 %-i təhlükəli lokalizasiyanın ( əl, üz, baş, boyun ), 60%-i isə aşağı ətrafların payına düşür. 

"Heyvan tərəfindən dişlənmə, cırmaqlanma və tüpürcəklənmə baş verdikdə dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır. Zərərçəkmiş şəxsə öncə ilkin tibbi yardım ( yaranın yaxşı yuyulması, işlənməsi ) göstərilməli, sonra isə sxemə uyğun antirabik peyvənd kursu tətbiq olunmalıdır. Təhlükəli nahiyələrdən zədə almış şəxslərə isə antirabik immunoqlobulin vurulmalıdır", - deyə qeyd olunub. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR