Dərc edildi: Baxış sayı: 478
Azərbaycanda 20 min tələbəyə xüsusi bank kartı verilib
“2019-cu ildə Azərbaycanda plastik kartların sayı 9% artaraq 7,3 milyon ədədə çatıb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Visa Cashless Forum”da Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bunun 1,5 milyon ədədi məsafədən ödəmə kartlarıdır.
“Ötən il plastik kartlarla dövriyyə 4,8 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 56-58% çoxdur”, - F.Osmanov əlavə edib.
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda tələbələr üçün xüsusi bank kartı dövriyyəyə buraxılıb: “Artıq 20 min tələbəyə həmin kartdan verilib. Bu ilin sonuna qədər kartın əhatə etdiyi tələbələrin sayı 240 mini keçəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət