Azərbaycana yeni qaytarılan kənddə mina partlayışı: İki nəfərin ayağı amputasiya olundu
"Mina partlayışı hadisəsi səbəbilə xəsarət alan dörd nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub".
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra onlar tibb müəssisəsinin Reanimasiya Şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
"Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki nəfərə - 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili Tibbi Yardım Bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər", - deyə məlumatda qeyd olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət