Dərc edildi: Baxış sayı: 588
Azərbaycana payızın ilk qarı yağdı
Noyabrın 12-si gecə saatlarından gecə saatlarından şimal bölgəsinə payızın ilk qarı yağıb.
Modern.az-ın məlumatına görə, Qusarın Urva kəndinə, Qubanın Qrız Dəhnə kəndlərinə sulu qar və cüzi qar düşməsi müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba regional hidrometerolgiya müəssisəsindən bəzi ərazilərə sulu qar yağması təsdiqlənib.
Bildirilib ki, Qubanın Xınalıq və Qrız kəndlərində havanın temperaturu aşağı düşüb. Bu gün səhər Xınalıqda 6 dərəcə, Qrız kəndində isə 5 dərəcə şaxta qeydə alınıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət