Slimfit
  1. İDMAN

Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu

Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu
Sakura

Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu

Dünya Güləş Birliyi (UWW) 30 iyunadək bütün beynəlxalq yarışların təxirə salındığını açıqlayıb.

Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasından sonra UWW Bürosunun telekonfransında qəbul olunub.  

Qurum müvafiq təşkilatlar, Texniki Komissiya və idman departamentləri ilə məsləhətləşdikdən sonra bu addımı atıb. İdmançıların və insanların sağlamlığının qoruması üçün yerli federasiyalara yarışlar keçirməmələri tövsiyə olunub. 

UWW təsnifat yarışları ilə də bağlı qərarlar verib. Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılmış Avropa Olimpiya Təsnifat Turniri və Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya təsnifat yarışı növbəti il eyni aylarda olacaq.

UWW prezidenti Nenad Laloviç yeni təqvimi Tokio olimpiadasına görə uyğunlaşdırmaq istədiklərini deyib: “2020-ci il təqviminin növbəti hissəsini koronavirus pandemiyasına görə düzəldəcəyik".

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 19 - 22 martda, Dünya Olimpiya Təsnifat turniri isə 30 aprel - 3 mayda baş tutmalı idi. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR