Dərc edildi: Baxış sayı: 166
Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqı alınacaq
Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqı alınacaq.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi lll oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət