Dərc edildi: Baxış sayı: 627
Azərbaycana gələn şəxslərə müraciət edildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycana gələn şəxslərə müraciət edib.
Qeyd edilib ki, ölkəyə gələn bütün şəxslər iltizam sənədi imzalamaqla özlərini iki həftə müddətinə təcrid etmələri ilə bağlı öhdəlik götürürlər.
Təcrid müddətini azaltmaq mümkündür. Bunun üçün həmin şəxslər yeddi gün sonra 24 saat ara ilə iki dəfə COVID-19 analizi verməlidirlər.
Hər iki analizin nəticəsi neqativ olan şəxslər 8103 nömrəsinə zəng vurub bu barədə məlumat verməlidir.
Qeyd edilib ki, məlumat verildikdən sonra onların adları portaldan silinir və özünütəcrid müddəti erkən yekunlaşır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət