Azərbaycana Formula 1 ilə bağlı ən çox bu ölkələrdən gəlirlər
Ötən il Formula 1 yarışları ilə bağlı Azərbaycana gələn əcnəbilərin çoxu Rusiyadan olub.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib.
O qeyd edib ki, Azərbaycanda keçirilən Formula 1 yarışlarını izləmək üçün Amerikadan Yeni Zelandiyaya qədər - dünyanın dörd bir yanından xarici vətəndaşlar gəlir:
"Yarışlara tamaşaçı qismində ən çox Rusiya vətəndaşları qatılıb. İkinci və üçüncü yerləri Böyük Britaniya və Ukrayna vətəndaşları bölüşür. Əlbəttə, bu, çoxluq təşkil edən əcnəbi vətəndaşlardır. Mərkəzi Avropadan, Almaniya və Niderlanddan da gələnlərin sayı çox olub. Yaxın Şərqdən isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edir”.
Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət