Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycana ən çox bu ölkələrdən gəliblər

Azərbaycana ən çox bu ölkələrdən gəliblər
Sakura

2018-ci ilin ilk 8 ayında Azərbaycana iki milyon xarici vətəndaş səfər edib.

"Kommersant.az" Dövlət Turizm Agentliyinin açıqladığı məlumatlara istinadla xəbər verir ki, bu, 2017-ci ilin ilk 8 ayı ilə müqayisədə 8,5% çoxdur.

Avqust ayında artım, əsasən İrandan gələn səyahətçi axınının azalması ilə əlaqədar olaraq, iyun (10,8%) və iyul (5,3%) aylarından az olub. 2018-ci ilin avqust ayında Azərbaycana gəlmiş 20,3 min iranlı, keçən ilin avqust ayında gəlmiş 39,5 min iranlıdan təqribən 2 dəfə azdır. 2018-ci ilin ilk səkkiz ayında Azərbaycana səfər etmiş iranlıların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 25%-dən çox azalaraq, 250 mindən 186 minə düşüb.

İrandan gələn səyahətçilərin axınının azalması Yaxın Şərq və Asiya ölkələrindən gələnlərin sayının ciddi şəkildə artması ilə qismən kompensasiya edilib. 2017-ci illə müqayisədə Yaxın Şərqdən gələn səyahətçilərin sayı avqust ayında 25%, 2018-ci ilin ilk səkkiz ayında isə 46% artaraq, 195 mindən 284 minə qalxıb. Ən yüksək artım İraq (19,2%), Bəhreyn (142%), Küveyt (123,9%), Qətər (86,6%) və İsraildən (240,7%) gələn səyahətçilər arasında müşahidə olunur. Asiya ölkələrindən gələnlərin sayı avqust ayında 68%, 2018-ci ilin ilk səkkiz ayında isə 59% artıb, yəni 86 mindən 136 minə çatıb. Ən yüksək artım Hindistan (210,1%), Pakistan (181,6%), Türkmənistan (75,6%) və Çindən (57%) gələn səyahətçilər arasında müşahidə edilir.

Tarixi baxımdan, Azərbaycan üçün ən böyük bazarlar Rusiya, Gürcüstan, İran və Türkiyə olub. Avqust ayında Rusiyadan təqribən 3%, 2018-ci ilin ilk səkkiz ayında isə ümumilikdə 623 min olmaqla, 5% daha çox səyahətçi gəlib. Daha yüksək artım Gürcüstandan gələn səyahətçilər arasında müşahidə edilir. Belə ki, burada avqust ayında artım 16%, 2018-ci ilin ilk səkkiz ayında isə 10% təşkil edir. Səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində 2017-ci illə müqayisədə 350 mindən 385 minə qalxıb. Türkiyədən gələn səyahətçilərin sayı avqust ayında 13% aşağı düşüb, lakin 2018-ci ilin ilk 8 ayında 2017-ci ilin göstəricisi - 194 min olduğu kimi qalıb.

Azərbaycan yay aylarında daha çox Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçiləri qəbul edib. Yaxın Şərqdən gələn səyahətçilər arasında qeyri-adi artım tempi müşahidə olunur (2017-ci ilin yay ayları müqayisədə Yaxın Şərqdən 43,6% daha çox səyahətçi gəlib). Azərbaycana yay ayları ərzində gəlmiş bütün səyahətçilərin 75%-i bu iki ölkə və bir regiondandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR