Slimfit
  1. GÜNDƏM

"Azərbaycana elə silahlar satırıq ki..." – İsrailin Müdafiə nazirinin sabiq müavini Efraim Sne

"Azərbaycana elə silahlar satırıq ki..." – İsrailin Müdafiə nazirinin sabiq müavini Efraim Sne
Sakura

İsrail və Azərbaycan strateji müttəfiqlərdir. Kimlərlə bizim əməkdaşlığımızı yalnız ticarət, neft, silahla əlaqələndirməyə çalışır. Ancaq bu, belə deyil, daha dərindir.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Müdafiə nazirinin sabiq müavini Efraim Sne CBC-nin xüsusi buraxılışında deyib.

“Biz yaxşı xatırlayırıq ki, yüz minlərlə azərbaycanlı Hitlerə qarşı savaşda meydanda olub. Onlar İsrail xalqının müdafiəsində böyük rol oynayıblar. Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Bizi birləşdirən çox möhkəm təməllər var”, – o bildirib.

E.Sinenin sözlərinə görə, Xəzər regionu və Cənubi Qafqaz İsrail üçün böyük strateji önəm daşıyır və İsrail Azərbaycanı güclü və müstəqil görmək istəyir:

“İsrail Azərbaycana özünün ən yaxşı silahlarını satır və biz bunu gizlətmirik. Əksinə, bununla fəxr edirik”.

“Beynəlxalq birlik münaqişənin həlli ilə bağlı 25-26 illik sülh danışıqlarında nə edib? Heç nə. Danışıqlar, vəssalam! Vasitəçilərin heç bir aktiv fəaliyyəti olmayıb. Beynəlxalq birlik konflikti həll etmək imkanında deyil və Azərbaycan öz torpaqlarını özü geri qaytarır. Heç kim Azərbaycanı buna görə ittiham edə bilməz. Sülh üçün Ermənistan işğal etdiyi bütün torpaqları Azərbaycana geri qaytarmalıdır. Bu, yeganə həlldir”, – sabiq nazir müavini deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR