Slimfit
  1. CƏMİYYƏT

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında gətirilməsinə dair tələb I oxunuşda təsdiqlənib

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında gətirilməsinə dair tələb I oxunuşda təsdiqlənib
Sakura

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında gətirilməsinə dair tələb I oxunuşda təsdiqlənib

Azərbaycana dərmanların pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətirilməsinə dair layihə ilk oxunuşda qəbul edilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR