Slimfit
  1. İDMAN

Azərbaycana beşinci qızılı qazandıran idmançı: Rəqibimin səhvindən yararlandım

Azərbaycana beşinci qızılı qazandıran idmançı: Rəqibimin səhvindən yararlandım
Sakura

Azərbaycana beşinci qızılı qazandıran idmançı: Rəqibimin səhvindən yararlandım

Çəki dərəcəmdəki səkkiz nəfərin hamısı Avropa və dünya çempionatında medal qazanmış idmançılar idi. Sadəcə, bura qızıl medal qazanaraq himnimizi səsləndirmək niyyəti ilə gəlmişdim.

Bunu Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında dünən Azərbaycana karatedə qızıl medal qazandırmış II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı deyib.

+84 kq çəki dərəcəsində çıxış etmiş karateçimiz bildirib ki, finalda xorvatiyalı Ancelo Kvesiç üzərində qələbə zamanı işlətdiyi taktika işə yarayıb:

“Həqiqətən çox əziyyət çəkirdik. Çox istəkli idim, gecə-gündüz qızıl medal üçün çalışırdım. Qrupum da çox çətin idi. Çox güclü idmançılarla eyni qrupa düşmüşdüm. Lakin ümidimi itirməyərək, məqsədimə doğru inamlı addımlarla getdim. Sevinirəm ki, artıq boynumda qızıl medal var, himnimizi səsləndirmişik. Bu qızıl medal ölkəmizi bir addım da olsa, irəli aparır. Ümidvaram ki, son yarış günündə də karateçilərimiz qızıl medallar qazanaraq, ölkəmizi daha irəli aparacaqlar”.

A. Qurbanlı bildirib ki, finalda taktikanı qursa da, rəqibi də yaxşı hazırlaşmışdı:

“Lakin o bir-iki səhvimdən yararlana bilmədi. Çox güclü idmançıdır, hətta bir dəfə ona uduzmuşam. Sadəcə, düşündüyüm taktika var idi. O da səhv buraxdı və mən bundan yararlandım. Nəticədə hesabda 1:0 önə keçdim və üstünlüyümü sonadək qoruyub saxlaya bildim”.

Qeyd edək ki, Asiman Qurbanlı Azərbaycana beşinci qızıl medalı qazandıran idmançı olub. Bununla da millimiz doqquzuncu sıraya yüksəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR