Slimfit
  1. CƏMİYYƏT

Azərbaycana 3 minə yaxın şəxsin girişinə qadağa qoyulub

Azərbaycana 3 minə yaxın şəxsin girişinə qadağa qoyulub
Sakura

Azərbaycana 3 minə yaxın şəxsin girişinə qadağa qoyulub

Cari ilin 10 ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 8182 əcnəbi saxlanılıb.

Ens.az-ın məlumatına əsasən,bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

"Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2831 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı həmin dövr ərzində ümumilikdə 19552 inzibati qərar qəbul edilib. Həmçinin bu dövrdə qanunsuz miqrasiyanın təşkili və digər cinayət əməlləri ilə bağlı bir sıra əsaslı faktlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib", - deyə əlavə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR