Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan zəfər yolunda  

Azərbaycan zəfər yolunda  
Sakura

Azərbaycan zəfər yolunda  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki, eləcə də BMT Baş Məclisinin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək səviyyəli iclasda videoformatda çıxışı zamanı səsləndirdiyi fikirlər, etdiyi təhlillər nəinki respublika mətbuatının, eləcə də dünya dövlətlərinin aparıcı media orqanlarının gündəmindədir.

Dövlət başçısı təməlqoyma mərasimində respublikamızın ictimai və sosial, iqtisadi həyatının bəzi sahələrinə nəzər yetirərək dövlətin bu sahədə apardığı və planlaşdırdığı islahatlardan söz açdı. Xüsusilə, 30 ildən artıq bir müddətdə xalqımızı rahatsız edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri maraq doğurur. Bəli, tarixin bütün dönəmlərində Azərbaycan və türk xalqlarının qənimi kəsilən, hər fürsətdə arxadan zərbə vuraraq öz çirkin, xain əməllərindən əl çəkməyən erməni quldurlarının azğın, bəşəriyyətə zidd əməlləri,     məhz çıxışın əsas ana xəttini təşkil edirdi. Azərbaycanın tarixi, əzəli torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və digər ərazilərdə böyük dövlətlərin səyləri sayəsində “Ermənistan” adlı dövlətin yaradılmasına nail olan ermənilər zaman-zaman öz işğalçılıq siyasətindən, mənfur əməllərindən əl çəkməyərək, Azərbaycanın digər torpaqlarına da göz dikdilər.

SSRİ-nin son illərində sovetlər ölkəsinin prezidenti Mixail Qorbaçovdan dəstək alan, sonradan Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin höküməti dövründə Rus ordusunun dəstəyi ilə Qarabağ torpaqlarını işğal edərək, 20 % əraziyə nəzarəti özündə saxlayan Ermənistan respublikasının rəhbərliyi bu müddət ərzində ağıllanmadılar, israrla Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə başladılar. 

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmaları barədə dörd qətnamə-822, 853, 874, 884, №-li qətnamələri bu günə qədər ermənilər tərəfindən icra olunmur. Daha dəqiq desək, onlar öz havadarlarına arxalanaraq, qətnamələrə etinasızlıq göstərərək, onları heçə sayır. Bu problemlə bağlı BMT münaqişənin ATƏT çərçivəsində xüsusən, ATƏT-in Minsk qrupu çərçivəsində həllini qərara alması da öz müsbət təsirini göstərməyib. 30 ilə yaxın bir müddətdə Minsk qrupunun həmsədrləri bölgəyə sanki istirahətə gəlir, bəsit, diplomatik bəyanatlarla işlərini bitirmiş hesab edirlər. Bu illər ərzində Azərbaycan xalqının etimadını qazanmayan həmsədrlər xalqda həmsədrlik institutuna qarşı qəzəb hissi  yaratmış,  ermənilərin işğalını uzatmaq, onları dəstəkləmək, Azərbaycan xalqını  isə bu problemi unutdurmağa, sonradan işğalla razılaşmağa yönələn siyasəti aparmağı qarşılarına məqsəd qoyublar. Əslində ABŞ, Rusiya və Fransa ayrı ayrılıqda Ermənistanla qardaş, dost münasibətindədirlər. Daim Ermənistana siyasi, iqtisadi, hərbi dəstək verirlər. Zamanında Ulu öndər Heydər Əliyev və rəhbərliyi dövründə İlham Əliyev daim Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyətini tənqid edib. Lakin, onlar köhnə dəyirman kimi yalnız baş ağrıdır, günlərini keçirirlər. Tovuz hadisələrindən bu yana həmsədrlərin susqunluq nümayiş etdirməsi isə (tərəflərə təmkinli olmağa çağırışı istisna olmaqla) onların işinə xitam verilməsini diktə edir, zənnimcə, bu günün tələbidir.

İpə-sapa yatmayan, Nikol Paşinyan hökümətinin destruktiv mövqe tutması, Paşinyanın sərsəm bəyanatları Ermənistanla Azərbaycan arasında danışıqları əhəmiyyətsiz və mümkünsüz edib. Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” deməsi isə bu danışıqlara son qoyub desəm, yanılmaram.

Ermənistanın iyulun 12-də Tovuzda törətdiyi düşünülmüş təxribatı son durumu daha da gərginləşdirib. Bir tərəfdən, Rusiyadan çox sayda hərbi texnika və sursat alır, digər tərəfdən Suriyadan, Livandan PKK-çıları, eləcə də erməni mənşəli muzdluları qanunsuz olaraq  Qarabağa köçürür, orada yollar salır, obyektlər inşa etdirir və s. Bu günlərdə Dağlıq Qarabağın qondarma rejiminin rəhbərinin “Parlamenti” Şuşaya köçürmək haqda sərsəm bəyanatı, sərhəddə hər gün atəşkəsin dəfələrlə pozulması o deməkdir ki, Ermənistan danışıqları dayandırıb, torpaq qaytarmaq fikrində deyil, başqa sözlə, Azərbaycana meydan oxuyur. Ermənistan açıq şəkildə Azərbaycanın əleyhinə mənfur, düşmənçilik münasibəti sərgiləyir və bu işdə  ona təbii ki, havadarları dəstək verir.

Hər zaman xalqının yanında olub, onunla səmimi və açıq danışan ölkəmizin başçısı İlham Əliyev çıxışı zamanı çox doğru olaraq söyləmişdir ki, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir danışıq aparılmayır, o, dayandırılıb. Bu dövlət başçısının qəti mövqeyidir. Prezident Əliyev Ermənilər tərəfindən Dağlıq  Qarabağda aparılan qanunsuz məskunlaşma siyasətini də bütün beynəlxalq sənədlərə zidd olduğunu vurğulamışdır. Ümumiyyətlə, Ermənistan bu günə qədər bütün beynəlxalq təşkilatların qərarlarına, aktlara, sənədlərə məhəl qoymur. Belə çıxır ki, bu sənədlər yalnız Azərbaycana aid olmalıdır. Çox doğru olaraq, cənab Prezident bu haqda söyləmişdir: “Əgər Ermənistan beynəlxalq huququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik.” 

Ölkə başçısı neçə ildir ki, münaqişənin sülh yolu ilə həllinə çalışır, danışıqlar aparır. Amma, bu danışıqlar heç bir nəticə vermir. Belə olduqda təbii ki, onun dərsi verilməlidir. İlan sancmağa başladıqda dərhal onun başını vurub əzmək gərəkdir. 

Neçə ildir, cənab Prezidentin apardığı siyasət və islahatlar nəticəsində iqtisadiyyatımız, hərbi sənaye, ordu quruculuğumuz sürətlə inkişaf edib. Ordu zəruri hərbi texnika və sursatla təmin olunub. Güclü, bacarıqlı, savadlı zabit kadrlarına və döyüşən ruhlu mətin, iradəli əsgərlərimiz yetişib. Xalqın döyüş əhval- ruhiyyəsi yüksəkdir, Ali Baş Komandanı dəstəkləyir və onun yanındadırlar. Kifayətdir ki, Ali Baş komandan “vur!” əmrini versin. Mütləq qalibiyyət, zəfər bizim olacaqdır.          

Həyatda olduğu kimi, böyük siyasətdə də qardaş və həqiqi dostların sayı çox olmur. Türkiyə və Pakistanın timsalında bunu demək mümkündür. Tovuz hadisələri dostun, səmimi qonşuların, kimin-kim olduğunu bariz şəkildə ortaya qoydu. Çox vacibdir ki, xristian dünyası vahid şəkildə Ermənistana təəssübkeslik göstərdiyi kimi, Azərbaycan da bütün İslam dünyasının vahid təəssibkeşliyinə nail olsun. 

Biz hökmən torpaqlarımızı işğaldan azad etməli, Ermənistanı diz çökdürməliyik. Artıq tarixin zibilliyinə köçülməkdə olan ATƏT-in Minsk qrupunun həmsədrliyindən imtina etməyin vaxtı gəlib çatmışdır. Ermənilərə veriləcək dərs isə dünyada yaranmaqda olan yeni separitizm meyllərinin qarşısını alacaqdır.

Respublika Prezidenti, Qoşulmama hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformat şəklində çıxışında, Azərbaycanın Qoşulmama hərəkatına sadiqliyini vurğulayaraq, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasını, Ermənistanın işğal ərazilərində törətdikləri vəhşilikləri, mülki əhaliyə qarşı faşist əməllərini, “yeni ərazilər uğrunda yeni müharibə” kimi sərsəm bəyanatlarını, Azərbaycanofobiya siyasətini, təcavüzkar ritorika və təxribatlarla Azərbaycana qarşı yeni təcavüzə hazırlaşmasını ortaya qoyaraq, qəti şəkildə BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırmışdır. 

Bəli, bu bir aksiomadır. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll olunmalıdır.

Torpaqlar işğaldan azad olunmalı,məcburi köçkünlər öz ata-baba yurduna qayıtmalı, həyat öz əvvəlki sabit axarına düşməlidir. 

Respublika Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir!”.

Bəli, cənab Prezident, haqq-ədalət də, zəfər də, qalibiyyət də bizimlədir. Hamımız Sizin Ali Baş Komandan kimi-“Vur !” əmrinizi gözləyirik. Artıq bıçaq sümüyə dirənib. Bu, bizim son savaşımız olacaq, zəfərlə, qələbələrlə dolu son savaşımız. Biz dövlət başçısının bu siyasətinə inanır və hər vəchlə onu dəstəkləyirik. Bu haqq yolunda son söz isə Respublika Prezidentinin və mübariz, müzəffər, cəsur əsgərlərimizindir. Azərbaycanın 3 rəngli, ay, ulduzlu bayrağı hökmən işğaldan azad olunacaq torpaqlarda dalğalanmalıdır. Dahi dramaturq Cəfər Cabbarlı deyirdi:

“Döndər günəşin atəşə, saç Qərbə, Şimalə,

Topla nə gücün varsa, giriş qəti-cidalə!

Ya haqqını al, ya əbədi öl laməhalə

Qoy, gülləri ya qan sulasın, yaxud ədalət,

Qoy, ya bəşəriyyət yaşasın, yaxud əsarət!”

Bəli, Zəfər bizimdir, Qələbə bizimdir. Buna heç kimin şəkk- şübhəsi olmasın. Azərbaycan ordusu tezliklə erməni-faşist işğalçılarını əzəcək, torpaqlarımızı bu azğın, mənfur ünsürlərdən azad edəcəkdir. Azərbaycanın Qarabağ səmasında ağ göyərçinlər dövrə vuracaq, musiqi sədaları, Qarabağ şikəstəsi, Xarı bülbül o ərazilərimizi bürüyəcəkdir. 2020-ci il Qarabağ savaşının Azərbaycanın xeyrinə son tarixi kimi tarixə düşəcəkdir. Mən bütün varlığımla buna inanıram. Xalq şairi Süleyman Rüstəmin təbirincə desək.

“Gün o gün olsun ki, qurtarsın dava

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin könüldən, ürəkdən ağrı,

Bir də tapdanmasın vətənin bağrı.

Bir də yer üzündə axmasın qanlar

Torpağa sülh toxmu səpsin insanlar...

Gün o gün olacaq, o gün gələcək,

Bəşər dincələcək, həyat güləcək.”

İnşaallah o gün yaxındadır.

Qafar Əsgərzadə

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR