Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

“Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”
Sakura

“Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

28 iyun Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Rasim İbrahimovun anım günüdür.

Rasim İbrahimov 1988-ci ildə hərbi xidmətini başa vurduqdan sonra, Azərbaycana qayıdır. Bir müddət Respublika Hərbi Komissarlığında çalışır. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilir. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyur. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayır.
Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturdular. R.İbrahimov bu çətin, qarışıq vaxtda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Təcrübəli zabit olduğunu nəzərə alaraq onu tabora komandir təyin edirlər. Tabor Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi.
Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda döyüşə atılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulurvə bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirlər. Lakin digər dəstə vaxtında köməyə gəlib çıxmadığına görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirirdi. Vəziyyətin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə kcçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Cəsur komandirin son sözü bu olur: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR