Slimfit
  1. İDMAN

Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5

Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5
Sakura

Azərbaycan yığmasına rəhbərlik edə biləcək məşqçilər - TOP-5

Dünən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov istefa verib.

Oxu.Az-ın məlumatına görə, bu haqda AFFA-nın mənzil-qərargahında baş tutan İcraiyyə Komitəsinin iclası zamanı qərar verilib. 13 aylıq fəaliyyəti ərzində Qurban Qurbanov Milli komandanı UEFA Millətlər Liqasında altı rəsmi görüşə çıxardı.

Komandamız yalnız Farer adaları ilə matçlarda iki qələbə qazanaraq yekunda qrupda ikinci yeri tutdu və pley-off mərhələsinə yüksələ bilmədi. Əldə edilən məlumata görə, yığma komandanın yeni məşqçisi əcnəbi mütəxəssis olacaq.

AFFA rəhbərliyi və bütün ictimaiyyət qeyd-şərtsiz Qurban Qurbanovu Azərbaycanın ən yaxşı məşqçisi hesab edirdi və hazırda da hesab edir. Lakin yığma komandanın “uğurlar”ı bir daha sübut etdi ki, Azərbaycan futbolu, həmçinin məşqçilik məktəbi qərbdən çox geridə qalır. Məhz buna görə “xilaskar”ın tapılması məqsədilə ümidlər yenə də Avropaya yönəldi.

Bəs bu halda Azərbaycan yığmasına kim rəhbərlik edə bilər? Redaksiyamızın heyəti beş məşqçinin namizədliyini nəzərdən keçirib. Fikrimizcə, onlar milliyə rəhbərlik edərək komandanı Xorvatiya, Uels, Macarıstan və Slovakiya kimi rəqiblərlə mübarizə aparacağımız AVRO-2020-nin seçmə mərhələsinə düzgün hazırlaşdıra bilərlər.

Əvvəlcədən qeyd edək ki, siyahıya Antonio KonteZinəddin ZidanArsen Venger və digər tanınmış mütəxəssislərin adları daxil edilməyib. Bu məşqçilərin təklif ediləcək əməkhaqqı müqabilində Azərbaycan yığmasını çalışdırmağa razı olacaqları güman edilmir.

Massimo Karrera

İtaliyalı mütəxəssis Moskva “Spartak”ına rəhbərlik edərək komandanı 16 il sonra çempionluğa daşıdı və bununla təkcə Rusiyanı deyil, bütün Avropanı heyran etdi. İş ondadır ki, Rusiya klubuna rəhbərlik etməmişdən əvvəl Karrera baş məşqçi kimi heç bir yerdə çalışmamışdı.

“Yuventus”un keçmiş futbolçusu Turin klubunda və İtaliya yığmasında hətta ikinci deyil, üçüncü məşqçi kimi fəaliyyət göstərmişdi. “Spartak”ın sükanı arxasına keçən kimi o, ilk mövsümdəcə böyük fərqlə Rusiya çempionatının və sonra Superkubokun qalibi oldu. 22 oktyabr 2018-ci ildə o, mövsümün əvvəlindəki qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndərildi. Azarkeşlər klub rəhbərliyinin bu qərarına etirazlarını bildirdilər.

Vinçenzo Montella

Daha bir gənc italiyalı mütəxəssis bu yaxınlarda “Sevilya” sükanını tərk etdi və hazırda təklif gözləyir. Montella bir məşqçi kimi “Fiorentina”dakı uğurlu rəhbərliyi sayəsində tanındı və artıq o zaman hər kəs bu mütəxəssisin potensialı barədə danışmağa başladı. Sonra Montella növbə ilə “Sampdoriya” və “Milan”ı çalışdırdı. Lakin “Milan”da 44 yaşlı məşqçinin işləri istənilən kimi getmədi və rəhbərlik vaxtından əvvəl onu vəzifəsindən kənarlaşdırdı.

Ötən ilin sonundan bu ilin 28 aprelinə qədər Vinçenzo Montella “Sevilya”nı çalışdırdı və bu komandanın sükanı arxasında 28 oyun keçirdi.

Kike Sançes Flores

Vaxtilə “Valensiya”nın əfsanəvi futbolçusu olmuş Kike Sançes bu ilin aprel ayından işsizdir. Məşqçilik karyerasına “Real”ın akademiyasında başlayan Flores yeddi il ərzində “Valensiya”nın və sonra Madrid “Atletiko”sunun baş məşqçisi olub. O, “Atletiko” ilə Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.

Flores sonuncu dəfə 2016-ci ildən 2018-ci ilə qədər “Espanyol”a rəhbərlik edib.

Paulu Souza

AFFA portuqaliyalı məşqçi ilə danışıqlar aparmağa qərar verərsə, Souza Floresdən daha çox məvacib tələb edəcək. Belə ki, onun çalışdığı sonuncu iş yeri bu ilin oktyabrına qədər rəhbərlik etdiyi Çinin “Tyanzin Tsyuantsyian” klubu olub ki, burada baş məşqçi “çox yağlı” müqaviləyə malik olub.

Loran Blan

Qəribə səslənsə də, Loran Blan artıq iki ildir ki, baş məşqçi kimi heç bir yerdə çalışmır. Onun sonuncu iş yeri “ulduzlar”la dolu “PSJ” olub ki, bu klubla da Loran Blan dörd dəfə Fransa çempionatı Liqa 1-in qalibi olub. Lakin çempionlar Liqasında məğlubiyyətlər alması səbəbindən Blan klub səhmdarlarının və azarkeşlərin ümidlərini doğrultmayıb.

Nəticədə, üç ildən artıq bir müddətdə çalışdığı vəzifəsini tərk edib və o da hazırda təklif gözləyir. Qeyd edək ki, Blan iki il Fransa yığmasının baş məşqçisi olub və komandanı AVRO-2012-nin ¼ final mərhələsinə çıxarıb, lakin həmin mərhələdə İspaniya yığmasına 0-2 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifəni tərk edib.

Bonus: İstisna olunmur ki, AFFA risk edərək Azərbaycan yığmasının baş məşqçisi postunu Azərbaycan futbolunun xüsusiyyətləri ilə tanış bir mütəxəssisə tapşıracaq. Belə mütəxəssislərdən “Qəbələ”nin keçmiş çalışdırıcısı Roman Qriqorçuku, “İnter”in keçmiş məşqçisi Kaxaber Tsxadadzeni və ya qısa müddət ərzində özünü yaxşı tərəfdən tanıdan “Neftçi”nin hazırkı baş məqçisi Roberto Bordini misal göstərmək olar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR