Slimfit
  1. İDMAN

Azərbaycan yığmasına qol vuran futbolçu: "Bu, mənim üçün xüsusi an idi"

Azərbaycan yığmasına qol vuran futbolçu: "Bu, mənim üçün xüsusi an idi"
Sakura

Azərbaycan yığmasına qol vuran futbolçu: "Bu, mənim üçün xüsusi an idi"

"Azərbaycana qarşı son iki ildə 4-cü dəfə oynayırdıq. Bu komanda çox güclü və yaxşı kollektiv, çox çətin rəqibdir. Bizim yığma isə 2 il əvvəl ilə müqayisədə bir az dəyişib. Oyun tərzimizdə də dəyişiklik var. Düşünürəm ki, bu gün müəyyən şanslar yaratdıq və qol imkanımızdan istifadə etdik. Azərbaycana qarşı komanda halında oynayıb nəticə qazandıq".

"Report" xəbər verir ki, bunu Malta yığmasının futbolçusu Rouen Muskat Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur qarşılaşması barədə danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi millidə ilk qolunun və Bakı Olimpiya Stadionunda ilk oyununun bu görüşə təsadüf etdiyini vurğulayıb: "Bu, mənim üçün xüsusi an idi. Millidə qol hesabımı açdım və bu stadionda birinci dəfə çıxış etdim. Görüş yaxşı keçdi və oynamaqdan zövq aldım. Bu meydanda çıxış etmək mənim üçün böyük təcrübə idi. Azərbaycanın bizdən daha çox təhlükəli vəziyyət yaradacağını bilirdik. Özümüz də qol şansı əldə edərək, fərqləndiyimiz üçün xoşbəxtik. Əlimizə düşən imkandan istifadə etməyimiz bizi sevindirdi".

Muskat yer aldıqları D Liqasının 3-cü qrupu ilə bağlı proqnoz da verib: "Düşünürəm ki, Azərbaycan və Kosovo eyni səviyyəli komandalardır. Amma məncə, qrupun qalibi Kosovo olacaq".

Qeyd edək ki, 4 turdan sonra Kosovo 8 xalla 1-ci, Azərbaycan 6 xalla 2-ci, Farer adaları 4 xalla 3-cü pillədə qərarlaşıb. Yalnız Azərbaycanla oyunlarda xal qazanan, başqa sözlə, cəmi 2 xala malik Malta isə qrupda sonuncu yeri tutur və növbəti mərhələ şanslarını itirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR