Dərc edildi: Baxış sayı: 540
Azərbaycan yığması Fransa ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Axar.az xəbər verir ki, yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 4-cü matçına çıxacaq.
Milan Obradoviçin baş məşqçisi olduğu komanda yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa ilə görüşəcək. U-21 yığmamız bu matçı səfərdə keçirəcək.
Əvvəlki üç qarşılaşmada 3 xal yığan Azərbaycan millisi hesabını artırmaq üçün güclü rəqibi büdrətməlidir. İlk səfər oyununda Lixtenşteynə uduzan futbolçularımız daha güclü rəqibdən xal almaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, komanda matça itki ilə çıxacaq. Fransaya buraxılmayan Tural Bayramlı milliyə kömək edə bilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət