Slimfit
  1. İDMAN

Azərbaycan yığması Farer adaları ilə oyundan əvvəl məşqə çıxıb

Azərbaycan yığması Farer adaları ilə oyundan əvvəl məşqə çıxıb
Sakura

Azərbaycan yığması Farer adaları ilə oyundan əvvəl məşqə çıxıb

 Futbol üzrə Azərbaycan yığması Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl məşqə çıxıb.

"Report"un Torshavna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırlıq prosesi oyunun təşkil olunacağı "Torsvollur" stadionunda baş tutub.

Məşqdə yığmaya dəvət alan futbolçuların hamısı iştirak edib. Hazırlıq prosesi yağışlı havada keçirilib. Yığmanın baş məşqçisi Qurban Qurbanov məşqin mətbuat üçün açıq olan bölümündə oyunçuları bir araya toplayaraq qısa söhbət etdikdən sonra oyunçular fiziki hazırlıq çalışmalarına başlayıblar.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR