Dərc edildi: Baxış sayı: 393
Azərbaycan yığması Çexiya ilə qarşılaşacaq
Gürcüstanın Batumi şəhərində davam edən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət komandasına Çexiya rəqib olub. Qadınlar isə Latviya ilə üz-üzə gələcəklər. Qarşılaşmalar sentyabrın 30-da keçiriləcək.
Beş turdan sonra kişilərdən ibarət yığma Çexiya, Polşa və Ukrayna ilə birgə 10 xalla 1 - 4-cü yerləri bölüşür, qadın millisi 8 xalla 8-cidir.
Qeyd edək ki, dünən Azərbaycan yığması müvafiq olaraq, Ermənistana (2,5:1,5) və Yunanıstana (3:1) qalib gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət