Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Report" xəbər verir ki, Ramin Quliyevin baş məşqçi olduğu komanda Norveç millisi ilə üz-üzə gələcək. Görüş Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 14:00-da başlanacaq qarşılaşmanı bosniya və herseqovinalı referi Admir Şehoviç idarə edəcək.
Saat 16:00-da isə Elbasandakı eyniadlı arenada Çexiya və Albaniya yığmaları görüşəcək.
Qeyd edək ki, 8-ci qrupda yer alan Azərbaycan millisi oktyabrın 26-da Çexiya, oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.
Avropa çempionatı, VIII qrup
14:00. Azərbaycan - Norveç
Baş hakim: Admir Şehoviç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulaj (Albaniya)
Dördüncü hakim: Florian Lata (Albaniya)
Luşnya, "Roza Haciu" stadionu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət