Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək
Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turu keçiriləcək.
“Report” xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib Belçika kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
İtaliya - Azərbaycan
Daniele Vokatura - Şəhriyar Məmmədyarov
Mikele Qodena - Teymur Rəcəbov
Luka Moroni - Arkadi Naydiç
Sabino Brunello - Rauf Məmmədov
T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayacaq.
Azərbaycan - Belçika
Günay Məmmədzadə - An Qussen
Zeynəb Məmmədyarova - Daria Vanduyfeys
Gülnar Məmmədova - Vibke Barbye
Ülviyyə Fətəliyeva - Anneli Kuvelye
G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayacaqlar.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub – 4:0.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət