Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə edəcək - İqtisadçı

Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə edəcək - İqtisadçı
Sakura

Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə edəcək - İqtisadçı

Cənub Qaz Dəhlizinin reallaşması ilə Azərbaycan qaz ixracını yaxın perspektivdə 2-3 dəfə çoxaldacaq və bununla da bu sahədən gəlirlərini nəzərə çarpan səviyyədə artırmaq imkanları qazanacaq.

Bunu Trend-ə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov deyib.

Onun sözlərinə görə, ölkəyə gəlir gətirəcək mühüm enerji layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropa bazarına çıxarılmasını təmin edəcək: "Avropanın qaz bazarı uğrunda böyük rəqabətin olduğu bir şəraitdə Azərbaycanın bu layihəni gerçəkləşdirməsi tarixi nailiyyətdir. 40 milyard dollar investisiya dəyəri olan, 7 hökuməti və 11 şirkəti əhatə edən Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Avropaya çatdırılması bu ilin payızında tam reallaşdırılacaq. TAP boru kəməri Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olmaqla "Şahdəniz-2"dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.

Nəzərə almaq vacibdir ki, Avropada qaza olan təlabat artmaqdadır, ölkələr mavi yanacağa üstünlük verməyə başlayıblar. Üstəlik Azərbaycan qazı İtaliya üçün həm qiymət baxımından çox sərfəlidir, həm də qaz kəmərinin marşrut xətti daha təhlükəsiz və etibarlıdır. Bunlarla yanaşı, ötən illər ərzində enerji sahəsində əməkdaşlıq sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi böyük etimad qazanıb. Avropa İttifaqı da bu layihəni dəstəkləyir. Azərbaycan həm də Gürcüstan, Türkiyə və İtaliya ilə enerji sahəsində sırf iqtisadi maraqlardan doğan qarşlıqlı faydalı əməkdaşlıq təcrübəsinə malikdir ki, bu da Cənub Qaz Dəhlizinin uğur qazanmasına zəmin yaradan mühüm amildir. Bu layihənin həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün mühüm əhəmiyyəti var. Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə etməyə başlayacaq, qaz hasilatını və ixracını artırmaq imkanları qazanacaq, iştirakçı ölkələr - Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya isə uzunmüddətli və dayanıqlı, sərfəli qiymətlərlə mavi yanacaq əldə edəcəklər. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir və sonradan bu həcmin 31 mlrd. kubmetrədək artırılması nəzərdə tutulur".

M.Zeynalov əlavə edib ki, hazırda "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə ("Botaş" şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə təbii qaz çatdırılır. 2020-ci ilin payızında isə TAP vasitəsilə İtaliya da qaz almağa başlayacaq. Beləliklə də, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan, "Şahdəniz-2" layihəsini, Cənubi Qafqaz Boru Kəməri,TANAP və TAP əhatə edən Cənub Qaz Dəhlizi Xəzər bölgəsinin qazını Avropa bazarına çatdırmaqla bütün regionun enerji xəritəsini dəyişmiş olacaq. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

 

 

 

Iqtisadçı hesab edir ki, nəticədə ölkəmiz neftlə yanaşı, qaz ixracından da daha çox gəlir əldə edəcək. Neft hasilatı və ixracının azalması, neftin qiymətlərinin ucuzlaşdığı bir şəraitdə qaz hasilatı və ixracının tədricən artırılması ilə yeni gəlir imkanlarının əldə olunması Azərbaycan üçün çox əhəmiyyətlidir.

Onun sözlərinə görə, AR Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12,384 milyard manat proqnozlaşdırılır ki, bura qaz ixracından, qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar da daxildir. 2021-ci ildən isə qaz ixracının artması tempinə uyğun olaraq qaz satışından əldə edilən gəlirlər da artmağa başlayacaq.

M.Zeynalov qeyd edib ki, 2019-cu ildə Azərbaycandan qaz hasilatı 17% artaraq 35,6 milyard kubmetr, qaz ixracı isə 23% artaraq 11,586 milyard kubmetr təşkil edib. Yaxın illər ərzində qaz hasilatının ildə 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur ki, onun da 30-35 milyard kubmetri ixrac ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR