Dərc edildi: Baxış sayı: 523
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanı Rusiya Günü münasibətilə təbrik edib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.
“Azərbaycan və Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq bağları var. Səmimi-qəlbdən Rusiya Günü münasibətilə təbrik edirik! Bütün dünya rusiyalılarına cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”, - təbrikdə bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət