Dərc edildi: Baxış sayı: 504
Azərbaycan XİN başçısının İrana səfər tarixi məlum olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin tarixi məlum olub.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər bu il martın 9-da reallaşacaq.
Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyinixəbər vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət