Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəmi heyətlərinə xəbərdarlıq edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəmi heyətlərinə xəbərdarlıq edib
Sakura

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəmi heyətlərinə xəbərdarlıq edib

 Bu gün Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərilib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mehman Mehdiyev bildirib.

“Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar”, - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR