Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan xarici ölkələrin konteyner terminallarından istifadə edə bilər

Azərbaycan xarici ölkələrin konteyner terminallarından istifadə edə bilər
Sakura

Azərbaycan xarici ölkələrin konteyner terminallarından istifadə edə bilər

“Yeni marşrutlar üzrə multimodal yükdaşıma texnologiyalarının işlənməsi, logistika məhsullarının hazırlanması, test qatarların buraxılması, blok qatarların təşkili kimi mürəkkəb logistik məsələlərin birgə həlli məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkətləri -  “ADY Konteyner” və “ADY Ekspress” MMC-lər bir çox ölkələrin, o cümlədən İtaliya, Macarıstan, Çexiya və Yaponiyanın nəqliyyat-logistika şirkətləri ilə danışıqlar aparır”.

Bu barədə "Report"a müsahibəsində ADY-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, ölkəmizin tranzit imkanlarının artırılması baxımından daha çox maraq kəsb edən Orta Dəhliz boyu mövqelərimizi gücləndirmək və bu marşrut boyu təchizat zəncirini tamamlamaq məqsədilə Çinin Qaşqar şəhərində və Çexiyada konteyner terminalına sahib olma və yaxud terminaldan birgə istifadə məsələsi qısamüddətli dönəmdə nəzərdən keçirilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə artımın 50%-dən çox olacağı proqnozlaşdırılır. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR