Dərc edildi: Baxış sayı: 364
2019-cu ildə Azərbaycan xaricdə on ticarət evi açacaq
2019-cu ildə Azərbaycan xaricdə on ticarət evi açacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
O bildirib ki, Çində bir neçə ticarət evi açıla bilər.
Y.Abdullayev əlavə edib ki, gələn il həmçinin azərbaycanlı sahibkarların Çin və Cənubi Koreyada beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət