Slimfit
  1. MEDİA

“Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

“Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi
Sakura

“Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin dördüncü ildönümünə həsr olunmuşdur.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva,  YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açaraq iştirakçıları salamladı və çıxış etdi:

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xətti respublikamızı ağır sınaqlardan çıxarmış, milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Yaranmış sabit mühit və tərəqqiyə gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir.

Uğurların nəticəsidir ki, xalqımız dördüncü dəfə öz taleyini cənab İlham Əliyevə etibar etmişdir. Ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir,  qeyri-neft sektoru genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qudrətini artırır. Milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paytaxtımız mötəbər beynəlxalq məclislərin mərkəzi hesab olunur,  konfranslara ev sahibliyi edir.

Müzəffər Ali Baş Komandan kimi Vətən Müharibəsində ümumi rəhbərliyi həyata keçirərək şanlı ordumuzla qələbəyə nail olmuş, Zəfərə imza atmışdır. Apardığı müdrik daxili və xarici siyasət həmişə öz bəhrəsini vermişdir. Cari ilin  aprelin  6-da Brüssel görüşlərində böyük uğur qazanmışdır.  

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında qeyd etdi ki, cənab Prezidentin sayəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edir, yüksək nəaliyyətlərə qovuşur. Azərbaycan bu gün bölgədə əsas söz sahibidir. Respublikamızda qlobal lahiyələr reallaşır, müdafiə potensialı güclənir. Beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir, elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur, müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda  uğurlu addımlar atan ölkəmiz dünyanın həlledici subyektləri sırasına yüksəlir.

Milli Məclisin deputatı Səbinə Xasayeva cənab Prezidentin gənclərə göstərdiyi diqqət, qayğıdan danışdı, dövlət və gənclər siyasətinin uğurlarını vurğuladı.  

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə tutduğu mövqeyə aydınlıq gətirdi. Əldə olunan bütün nəaliyyətlərə görə partiya sədri ölkə rəhbəri cənab İlham Əliyevə minnətdar olduqlarını qeyd etdi. 

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq iştirakçılara təşəkkürünü bildirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR