Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb

Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb
Sakura

Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan "TripAdvisor"un "Mükəmməllik Sertifikatı 2018" mükafatına layiq görülüb. Muzeydən SİA-ya bildirilib ki, 2010-cu ildən təsis edilən bu mükafata il ərzində "TripAdvisor"da səyyahlar tərəfindən daha çox müsbət rəylər almış incəsənət və mədəniyyət ocaqları, o cümlədən turizm obyektləri layiq görülür. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerləri, tarixi məkanları, keyfiyyət, xidmət və digər sahələrdən məmnunluğu əsasında "TripAdvisor" ildə bir dəfə "yaxşıların yaxşısını" seçir və dünyaya təqdim edir.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi 2017-ci ildə də "Mükəmməllik serifikatı"na layiq görülüb. Həmin il muzeyi 80 mindən artıq insan ziyarət edib. Bu da respublikamızın muzeyləri arasında rekord göstəricidir. Bu ilin səkkiz ayı ərzində isə muzeyə gələnlərin sayı 63 mini keçib. Son iki ildə muzey Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən "Ən yaxşı təcrübə" mükafatına və "Avropanın ən yaxşı muzeyi - 2018" müsabiqəsində "Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə" sertifikata layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR