Slimfit
  1. İDMAN

Azərbaycan voleybol millisinin olimpiadaya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb

Azərbaycan voleybol millisinin olimpiadaya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb
Sakura

Azərbaycan voleybol millisinin olimpiadaya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının avqustun 1-də Braziliyada start götürəcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri üçün heyəti açıqlanıb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Covanni Kaprara yarış öncəsi xaricdə keçiriləcək təlim-məşq toplanışına 15 oyunçu ilə yollanıb. Onlar 30-dək voleybolçu arasından seçiliblər:

1. Leyla Parşkova, 2. Yana Əzimova, 3. Anastasiya Qurbanova, 4. Odina Əliyeva, 5. Ayşən Abduləzimova, 6. Olena Həsənova, 7. Yelizaveta Səmədova, 8. Anastasiya Bessonova, 9. Kristsina Yaqubova, 10. Polina Rəhimova, 11. Şəfaqət Alışanova, 12. Bəyaz Alıyeva, 13. Marqarita Əzizova, 14. Mariya Kirilyuk, 15. Kseniya Pavlenko. 

Yığma üzvləri əvvəlcə Bolqarıstanda, daha sonra Rusiya və Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək. 

Qeyd edək ki, Azərbaycan millisi Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq. Təsnifat Turniri iyulun 3-dək davam edəcək. D qrupunda yer alan Azərbaycan Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR