Dərc edildi: Baxış sayı: 282
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI
Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Belə ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının (90-ı qadın,1-i kişi) hamısı Azərbaycan vətəndaşı olub:
“Onlardan 28-i Türkiyədə, 28-i Rusiyada, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətərdə, 3-ü İranda,1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb”, - məlumatda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət