Slimfit
  1. GÜNDƏM

Azərbaycan vətəndaşlarına ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

Azərbaycan vətəndaşlarına ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır
Sakura

Azərbaycan vətəndaşlarına ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılır

Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılacaq. 

Bunu “Report”a Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi Ülvi Mansurov bildirib. 

Bununla belə, onun sözlərinə görə, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: “İlk öncə qaydalar təsdiq edilməlidir”.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: "Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR