Slimfit
  1. İDMAN

Azərbaycan velosipedçisi Belçikadakı yarışda birinci olub

Azərbaycan velosipedçisi Belçikadakı yarışda birinci olub
Sakura

Azərbaycan velosipedçisi Belçikadakı yarışda birinci olub

"Bakı 2019" Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycanın 17 yaşadək velosipedçi oğlan və qızlardan ibarət yığma komandalarının üzvləri Belçikada hazırlıq prosesini davam etdirir. 

"Report" xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində idmançılar bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparır.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komanda Bertem şəhərində keçirilən beynəlxalq yarışda yaxşı nəticə göstərib.

Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilər 40 km məsafəyə qrup ötüşməsi zamanı komanda işi sərgiləyərək Sıtovun finiş xəttini 1-ci keçməsinə şərait yaradıblar.

Qeyd edək ki, EYOF 21 - 27 iyulda Bakıda keçiriləcək. Velosiped idmanında iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR