Dərc edildi: Baxış sayı: 582
Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitet (PMTU) arasında ikili diplomlar proqramı əsasında müştərək bakalavr hazırlığına dair saziş imzalanıb.
“Report”un verdiyi xəbərə görə, sazişi ADNSU rektoru Mustafa Babanlı və PMTU rektoru Vladimir Onişenko imzalayıblar.
Bununla yanaşı, hər iki rektor PMTU-da Ukrayna – Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət