Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan və Türkiyənin qadın deputatları Bakı Slavyan Universitetində olublar

Azərbaycan və Türkiyənin qadın deputatları Bakı Slavyan Universitetində olublar
Sakura

Azərbaycan və Türkiyənin qadın deputatları Bakı Slavyan Universitetində olublar

Noyabrın 29-da Bakı Slavyan Universitetində (BSU) TÜRKAB-ın təşkilatçılığı ilə Türkiyənin, Qırğızıstan Respublikasının və Şimali Kiprin Azərbaycanda səfərdə olan bir qrup qadın dövlət rəsmiləri ilə görüş keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndələri, Ədalət və İnkişaf Partiyasının (Türkiyə), YAP Qadınlar Şurasının üzvləri və Milli Məclisin deputatları iştirak ediblər.

Əvvəlcə qonaqlar universitetin foyesində “Arzu” rəqs ansamblının ifasında Azərbaycan, türk və slavyan ölkələrinin milli rəqslərindən ibarət tolerantlıq rəqsini izləyiblər.

Sonra qonaqlar rektor Nurlana Əliyeva ilə görüşüblər. Rektor görüş zamanı Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada tutduğu mövqedən danışıb və ölkəmizin dünyada multikulturalizm, sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzi kimi tanındığını bildirib. Vurğulayıb ki, müasir dünyada bütün insanlığın əsas məqsədi sülh və əmin-amanlıqdır. N.Əliyeva ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemindən danışaraq bildirib ki, Azərbaycan dövləti bu problemi sülh yolu ilə həll etməyə çalışır. Ölkəmizin güclü, sarsılmaz ordusunun olduğunu deyən rektor hərbi qüvvələrimizin hər növ müasir silah, texnika və avadanlıqlarla təchiz edildiyini bildirib.

N.Əliyeva Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolundan da söz açıb. Bildirib ki, qadınlarımız həyatın bütün sahələrində, o cümlədən Yeni Azərbaycan Partiyasının quruculuq işlərində fəal iştirak edirlər. Türkiyənin qadın dövlət rəsmilərinin Azərbaycana səfərini ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafının göstəricisi kimi dəyərləndirən N.Əliyeva bu münasibətlərin dünya üçün örnək olduğunu söyləyib.

Türkiyə ilə həmrəylik məsələlərindən də danışılıb. Qeyd edilib ki, YAP Qadınlar Şurasının əsas prinsipi türk dünyasının qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq tellərini daha da gücləndirməkdir.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyasının üzvü Mihrimah Belma Satır çıxış edərək görüşə görə BSU-nun rəhbərliyinə minnətdarlıq edib. Türkiyə Cümhuriyyəti rəhbərliyinin Azərbaycana salamlarını çatdıran qonaq Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına əlavə güc qatdığını xüsusi vurğulayıb. Mihrimah Belma Satır iki qardaş ölkənin əlaqələrinin dövlət səviyyəsində, iş adamları və sivil qurumlar arasında qurulduğunu deyib.

Görüşün sonunda qonaqlar tərəfindən BSU-ya hədiyyələr təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR