Dərc edildi: Baxış sayı: 1106
Azərbaycan və Türkiyə Sumqayıtda birgə vaqon istehsal edə bilərlər
Azərbaycan və Türkiyə birgə vaqon istehsalını Sumqayıt Texnologiyalar Parkında həyata keçirə bilər.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq yeni növ vaqonların istehsalına başlamağı planlaşdırır. Cavid Qurbanovun fikrincə Sumqayıt Texnologiyalar Parkında birgə vaqon istehsalını həyata keçirmək olar.
Onun sözlərinə görə, yeni növ vaqonlar Avropa standartlarına cavab verəcək, həm MDB, həm də Avropa ölkələrində fəaliyyət göstərə biləcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət